iyl
2023
16:34
396

Zaur Baxşəliyev ATV-dən GETDİ? - FOTO

6 iyl, 2023
16:34
396

Zaur Baxşəliyev ATV-dən GETDİ? - FOTO

Azad Azərbaycan televiziyasının (ATV) məşhur aparıcısı Zaur Baxşəliyev Xəzər televiziyasına gedib.

Den.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, o, televiziyanın rəhbəri, tanınmış şoumen Murad Dadaşovla, eyni zamanda vaxtilə ATV-də birlikdə çalışdığı keçmiş iş yoldaşları ilə görüşüb, fotolar çəkdirib. 

Zaur Baxşəliyevin qəfil Xəzər televiziyasına getməsi ağıllarda sual yaradıb. Onun yeni mövsümdən  adıçəkilən televiziyada fəaliyyət göstərəcəyi güman edilir.

Qeyd edək ki, Mətbuat.az ATV kanalı ilə əlaqə saxlayıb. Kanalın mətbuat katibi Ozal İbrahimli bildirib ki, bu barədə iddialar doğru deyil: "Heç bir əsası yoxdur. Xəzər TV-yə qonaq kimi gedib. Zaur Baxşəliyev ATV-də yeni mövsümə yeniliklərlə dolu verilişlərə hazırlaşır".

Qeyd edək ki, aparıcı Xəzər tv-yə gedərək oradakı keçmiş iş yoldaşları ilə şəkil çəkdirib. Bu görüntülər aparıcının ATV-dən ayrıldığı iddialarını gücləndirib.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar