Azərbaycanda ötən sutka ərzində müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən 51 cinayətin üstü isti izlərlə açılıb. Bundan əlavə, əvvəlki dövrlərdə qeydə alınmış daha 5 cinayətin açılması təmin edilib.
Hesabat dövründə axtarışda olan 156 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Onlardan 128 nəfəri borc öhdəliklərini yerinə yetirmədiyinə görə axtarışda olub.
Bundan başqa, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18, qanunsuz silah-sursat saxlama ilə əlaqədar isə 4 fakt aşkarlayıblar.

