Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində avtomobildən 6 min manat nağd pul və bank kartları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Ağamirzəyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxsin avtomobilin qapısının açıq olmasından istifadə edərək oğurluğu törətdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

