Türkiyəli aktrisa Şifanur Gül və aktyor Berk Bakioğlu nişanlanıblar. Bir müddətdir sevgili olan cütlük ailə üzvlərinin və yaxınlarının iştirakı ilə keçirilən mərasimdə nişan üzüklərini taxıb.
Cütlük xoşbəxt günlərindən fotoları sosial şəbəkə hesablarında paylaşaraq “Budur, dönüş nöqtəsi – 14.11.26” qeydini yazıb.

Xatırladaq ki, Berk Bakioğlu ötən il Şifanur Gülə 28 yaşını qeyd etdiyi Amsterdam səfəri zamanı evlilik təklifi edib. Aktrisa barmağındakı üzüyün fotosunu paylaşaraq sevgilisinə “hə” dediyini bildirib.
Şifanur Gül daha əvvəl verdiyi açıqlamada elçilik və nişan mərasimlərinin birlikdə keçiriləcəyini, toy tarixinin isə hələ müəyyənləşmədiyini qeyd edib.
Cütlüyün nişanlanmasından sonra pərəstişkarları onların toy tarixini maraqla gözləyirlər.

