Amerikalı milyarder İlon Mask “Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanın vəzifəsinə qaytarılması üçün başladılan imza kampaniyasına qoşulduğunu açıqlayıb.
O, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Censenin vəzifəsinə bərpa olunması üçün imza toplanır və mən də bu petisiyanı imzalayıram”, – deyə Mask bildirib.
İş adamı daha əvvəl Huanı işə götürməyin onun üçün “şərəf” olacağını da qeyd edib.
Xatırladaq ki, Censen Huan noyabrın 12-də “Nvidia” şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Onun gedişindən sonra şirkətə müvəqqəti rəhbərlik maliyyə direktoru Kolet Kressə həvalə olunub.

