Azərbaycanda vəkil Raman Abışov saxlanılıb.
Denmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Raman Abışov hədə-qorxu ilə tələb etmədə ittiham olunur. O, bu gün hakim qarşısına çıxarılıb və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Raman Abışov dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili olub. O, Kamilə Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edib.

