Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini 20 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü kimi gördüyünü bildirib.
“Aravot” nəşrinin məlumatına görə, Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı danışıb.
“Ermənistanı 20 ildən sonra harada görürəm? Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm”, – deyə baş nazir bildirib.
Xatırladaq ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlaması haqqında qanunu qəbul edib.

