“Anne”, “Kızım” və “Bizim Hikaye” seriallarındakı rolları ilə milyonlarla tamaşaçının yaddaşında iz qoyan Beren Gökyıldız illər sonra yeni layihəsi ilə ekranlara qayıdır.
Cəmi 5 yaşında aktyorluq karyerasına başlayan və tamaşaçıların gözü qarşısında böyüyən Gökyıldız artıq 17 yaşlı gənc qıza çevrilib.
Son görünüşü ilə diqqət çəkən aktrisa “Deniz Kızı Marmara” adlı filmdə Ayça obrazını canlandıracaq.

Uşaq yaşlarından məşhurlaşan aktrisanın illər ərzində keçirdiyi dəyişiklik pərəstişkarlarını təəccübləndirib.

