ABŞ-də bütün hava limanlarından təyyarələrin uçuşuna tətbiq edilən məhdudiyyətlər ləğv olunub.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) rəsmi bildiriş yayıb.
Qurumun açıqlamasında “Ölkə üzrə təyyarələrin havaya qalxmasına qoyulan qadağa aradan qaldırılıb” deyə bildirilib.
Aviaşirkətlər uçuş cədvəllərini bərpa etməyə başlayıblar. Sərnişinlərə isə reyslərinin vəziyyətini əvvəlcədən dəqiqləşdirmək tövsiyə olunub.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bütün hava limanlarında uçuşların dayandırılmasının köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini ehtimal edib.
Federal Təhqiqatlar Bürosu (FTB) isə hadisəyə kənar müdaxilə ehtimalını istisna edib.

