Naxçıvanda Ali Məclisin deputatı Təbriz Zeynalovun da olduğu avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, qəza Naxçıvan–Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib.
“Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü qazi Hüseynalı Hüseynəliyev həlak olub. 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Qəzaya düşən hər üç şəxs qazidir.

