Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunub.
Den.az xəbər verir ki, İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən konsert proqramında rəsmilərlə yanaşı, Sumqayıtla qardaşlaşmış Almaniyanın Lüdviqshafen və Polşanın Belostok şəhərlərinin nümayəndə heyətləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tanınmış incəsənət ustaları öz ifaları ilə sumqayıtlıları təbrik ediblər.
Qeyd edək ki, 1949-cu il noyabrın 22-də Sumqayıta şəhər statusu verilib. Sumqayıt ötən dövr ərzində zəngin inkişaf yolu keçərək Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib.
Şəhərin 75 illiyi ilə bağlı əsas küçə və prospektlərinə xüsusi işıqlandırma sistemi quraşdırılıb, parklar, mərkəzi meydanlar və digər ictimai məkanlar yeni dekorativ elementlərlə bəzədilib.
Sumqayıtın 75 illik yubleyi belə qeyd olundu-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.