Ceyranbatan qəsəbəsində həyat üçün ciddi təhlükə yaradan vəziyyət yaşanır.
Den.az xəbər verir ki, uzun müddətdir kanalizasiya quyusunun luku açıq vəziyyətdə qalmasına baxmayaraq, aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülmür.
Sakinlərin dediyinə görə, bu problem təkcə bu günün deyil – həftələrdir davam edən laqeydliyin nəticəsidir. Yoldan keçən piyadalar, xüsusilə uşaqlar və yaşlılar hər an böyük bir bədbəxtliyin qurbanına çevrilə bilərlər.
"Bir uşaq düşsə, onda hərəkətə keçəcəklər?" – deyə yerli sakinlər haqlı olaraq sual edirlər. Kanalizasiya luku asfalt yolun kənarında deyil, piyada hərəkətinin sıx olduğu ərazidədir.
Bu vəziyyət bir daha sübut edir ki, bəzi qurumlar ancaq fəlakət baş verdikdən sonra hərəkətə gəlir. Halbuki qarşısını almaq üçün vaxtında müdaxilə etmək kifayətdir.
Fərhad Ələkbərli
Den.az