Azərbaycanın İraqdakı səfirliyi və Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi AIDA Qurban bayramı münasibətilə İraqın Kərkük vilayətində humanitar aksiya keçirib.
Bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, mayın 17-də müqəddəs Qurban bayramı münasibətilə Kərkükdə humanitar yardım aksiyası təşkil olunub.
Aksiya çərçivəsində Azərbaycanın İraqdakı səfirliyi AIDA ilə birlikdə 150 ailəyə bayram sovqatı olaraq ərzaq bağlamaları çatdırıb.
Mayın 17-də Kərkükdə müqəddəs Qurban bayramı münasibətilə humanitar aksiya keçirilib. Azərbaycanın İraqdakı səfirliyi AIDA ilə birlikdə 150 ailəyə bayram hədiyyəsi kimi ərzaq bağlamaları çatdırıb,— deyə paylaşımda qeyd olunub.

