Qurban bayramı münasibətilə Abşeron rayonunun Şəfəq qəsəbəsində şəhid və qazi ailələri, eləcədə mindən çox aztəminatlı insana bayram payı verilib.
Den.az xəbər verir ki, İcra Hakimiyyəti Yanında İctimai Şüranın sədri , şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılovanın sözlərinə görə, rayon icra hakimiyyətinin tapşırıqlarına uyğun olaraq, qurban payları ailələrə təqdim edilib. Bildirilib ki, bu aksiya Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın təşəbbüsü ilə həyata keçirilib.
Xatirə İsmayılova onu da əlavə etdi ki, bu gün onun üçün ikiqat qürurlu gündür. Çünki, 15 İyun Milli Qurtuluş Günü oğlu 44 günlük vətən müharibəsi şəhidi Elçin Həsənli dünyaya göz açıb.
Saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə bütün ailələr təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.
Sakinlər bu xidmətdən razı qaldıqlarını və göstərilən bu diqqətə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Masazırda yerləşən kimsəsizlər evində 300-ə yaxın ailəyə qurban əti paylanılıb.
Denaz.tv