M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsindən keçən hissədə qəzalı vəziyyətdə olan körpünün yerində yeni biraşırımlı körpünün tikintisinə başlanılıb.
Hazırda ərazidə svayların vurulması işləri başa çatdırılıb, yeni körpünün dayaqlarının tikintisi isə davam etdirilir.
Qeyd edək ki, 1980-ci illərdə Bakı istiqamətində inşa olunmuş üçaşırımlı körpünün üçüncü aşırımının tiri uçub.
Aparılan texniki qiymətləndirmə nəticəsində körpünün artıq istismar üçün yararsız olduğu müəyyən edilib.

