21 
okt
2023
19:55
132

Kamran Əliyev qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisini təltif edib

21 okt, 2023
19:55
132

Kamran Əliyev qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisini təltif edib - FOTO

 Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisini təltif edib.


Bu barədə Den.az-a baş prokurorluqdan məlumat verilib.


“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin böyük prokuroru Qəzənfər Bayramlının qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev oktyabrın 21-də onu qəbul edərək “Prokurorluğun fəxri işçisi” döş nişanını təqdim etmişdir.

Baş prokuror görüşdə tədbir iştirakçısı ilə xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkli çəkililib.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar