Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyi münasibəti ilə Sumqayıtda konsert proqramı təqdim edilib.
Konserti izləyənlər arasında Sumqayıt şəhər İcra Hakimiyyətinin baçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri eləcədə şəhər ictimayəti olub.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək qonaqları salamlayıb və 15 illik münasibəti ilə hər kəsə təbriklərini çatdırıb. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəfov çıxış edərək bildirib ki, 15 il bundan əvvəl Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. "Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin qısa müddət ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, nə qədər uğurlu yol keçib. Muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür”. Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən Zakir Fərəcov qeyd edib ki, muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti var. Muğam ifaçılığı, tar və kamança sənəti bir daha təsdiq etdi ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur. Ölkəmiz muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə ötürülməsinə, hərtərəfli öyrənilməsinə və təbliğinə xidmət edir”. Şəhər rəhbəri onuda əlavə etdi ki, Sumqayıtda fəaliyyət göstrərən Muğam Mərkəzində görkəmli sənət ustalarının xatirə gecələri, yubileyləri və yaradıcılıq axşamları da təşkil edilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov muğam ifaçılarına gələcək işlərində uğurlar arzuladı.
ZAKİR FƏRƏCOV: Sumqayıtda BMM-nin solistlərinin təqdim etdiyi konsertdən böyük zövq qaldım-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.