Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ukraynada 18-22 yaşlı kişilərə tətbiq edilən səyahət qadağası götürülüb.
Denmedia.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko “Telegram” hesabında məlumat yayıb.
Onun sözlərinə görə, 18-22 yaş arası ukraynalı kişilər sərbəst şəkildə sərhədi keçə biləcəklər. Eyni qayda xaricdəki Ukrayna vətəndaşlarına da şamil ediləcək.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra 2022-ci ildə elan edilmiş hərbi vəziyyət və ümumi səfərbərliyə əsasən bu yaş qrupunda olan kişilərin xaricə səyahəti qadağan edilmişdi.Publika.az