Rusiya qüvvələri artıq üçüncü gündür Kursk bölgəsində Ukrayna qoşunları döyüşür.
Den.az xəbər verir ki, Rusiya avqustun 6-da təxminən 1000 ukraynalı əsgərin sərhədi keçərək hücuma başladığını bildirib.
Ukrayna hərbçilərinin tank və zirehli texnika, həmçinin pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir. Rusiya rəsmilərinin sözlərinə görə, Ukrayna artilleriya zərbələri endirir. Avropaya Ukrayna üzərindən gedən qaz xəttinin yerləşdiyi Sudja şəhərinin Ukrayna nəzarətinə keçməsi barədə xəbərlər yayılıb.
Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov minlərlə sakinin təxliyə edildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi cümə axşamı açıqlayıb ki, ordu və Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın irəliləyişini dayandırıb və Kursk bölgəsində döyüşlər gedir.
Bəzi rusiyalı blogerlər Ukrayna qüvvələrinin Sudjadan təxminən 60 km şimal-şərqdə yerləşən Kursk atom elektrik stansiyasına doğru irəlilədiyini bildiriblər.
Ukrayna tərəfi döyüşlərlə bağlı rəsmi mövqe bildirməyib. Ancaq Ukrayna Prezidenti Volodimir Zelenski bu xalqa müraciəti zamanı Rusiyanın müharibəni hiss etməli olduğunu vurğulayıb.
“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri qeyd edib.
Putin ötən gün Ukraynanın hücumunu “böyük təxribat” kimi qiymətləndirib.
Müharibə Rusiya ərazisində: Zelenski sərt danışdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.