Dağıstanda iş adamı İbrahim Süleymanovun azı üç həmfikri və köməkçisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onların 2021-ci ildə baş vermiş qətl cəhdinə qarışdığı bildirilir.
DenMedia.az xəbər verir ki, saxlanılanlar Süleymanovun təşkil etdiyi cinayətkar qruplaşmanın üzvləridir.
Xatırladaq ki, daha əvvəl Moskva vilayəti və Dağıstanda 40-dan çox axtarış əməliyyatı aparılmış, milyarder Süleymanov Rublyovkadakı Qorki-2 qəsəbəsindəki malikanəsində tutulmuşdu.
O, keçmiş illərdə iki qətlin və 2021-ci ildə bir qətl cəhdinin təşkilində ittiham olunur. 3 oktyabrda Moskvanın Basman məhkəməsi onu 2 dekabradək həbsdə saxlamaq qərarı verib.
Hüquqşünas Aleksandr Xaminski bildirib ki, Süleymanovu ömürlük həbs gözləyə bilər. Onun sözlərinə görə, cəza maddələri son dərəcə ağırdır və cəzanın yüngülləşməsi üçün Süleymanov istintaqla əməkdaşlıq etməlidir.