ABŞ hesab edir ki, Ukraynada münaqişə başa çatacaqsa, bu, yaxın 90 gün ərzində baş verə bilər. Bu barədə ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker bildirib. Onun açıqlamasını Fox News telekanalı yayıb.
Amerikalı diplomat mümkün sülh ssenarisi ilə bağlı konkret detalları açıqlamayıb, lakin vaxt çərçivəsinin məhdud olduğunu vurğulayıb.
“Əgər münaqişə sona çatacaqsa, bu, növbəti 90 gün ərzində baş verəcək”, — deyə Uitaker bildirib.
Hazırda Vaşinqtonun bu qiymətləndirməsinin hansı diplomatik və ya hərbi hesablamalara əsaslandığı açıqlanmır.

