ABŞ administrasiyası Türkiyəyə qırıcı təyyarələr üçün mühərriklərin tədarükünü təsdiqləməyi planlaşdırır. Sazişin ümumi dəyərinin 700 milyon dollar olduğu bildirilir.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, qərar NATO sammiti ərəfəsində Ankaraya qarşı mühüm jest kimi qiymətləndirilə bilər.
Konqresin razılaşmaya etiraz edəcəyi halda, onu bloklamaq üçün 15 günü var.
Söhbət Türkiyənin beşinci nəsil “Kaan” qırıcıları üçün nəzərdə tutulan General Electric mühərriklərindən gedir.

