Türkiyənin Antalya vilayətinin sahilinə ümumi dəyəri təxminən 900 min dollar, yəni 70 milyon rubl olan narkotik bağlamaları çıxıb.
Bu barədə İHA agentliyi məlumat yayıb.
Şübhəli bağlamaları sahil mühafizəsinin əməkdaşları aşkar ediblər.
Məlumatda deyilir:
Yoxlamalar və çəkilmə prosesindən sonra söhbətin su keçirməyən qablaşdırmalarda olan 40 kiloqram marixuanadan getdiyi müəyyən edilib. Ekspertlər partiyanın bazar dəyərinin təxminən 40 milyon lirə olduğunu bildiriblər.

