Türkiyənin NATO-nu cilovlamaq və yeni müharibənin qarşısını almaq üçün Rusiya, Çin və İranla birləşməsi lazımdır.
Bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Ulusal telekanalının efirində bildirib.
Perinçekin fikrincə, Şərqi Aralıq dənizindən Egey dənizinə, Kiprdən Frakiyaya qədər Türkiyəyə qarşı ABŞ, İsrail və Yunanıstan tərəfindən təzyiq var.
“Sağlam düşüncə Türkiyəyə Rusiya, Çin və İranla ittifaqın zəruri olduğunu göstərir. Müharibəyə hazırlıq gedir. Türkiyənin müdafiə sənayesində ciddi dəyişikliklər baş verir. Biz daxili inteqrasiya prosesindəyik. Amerika, İsrail, Yunanıstan, Fransa və hətta Hindistan Aralıq dənizinə burnunu soxur”, deyə Perinçek bildirib.

