İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes Türkiyəyə səfər etmək üçün məhkəmədən xüsusi icazə istəyib.
İspaniya mətbuatının məlumatına görə, Qomes Ankarada keçiriləcək NATO zirvəsində həyat yoldaşını müşayiət etmək və qızının Londondakı məzuniyyət mərasiminə qatılmaq üçün vəkili vasitəsilə məhkəməyə müraciət edib.
Bildirilir ki, o, 7-10 iyul tarixlərində ölkədən çıxışına icazə verilməsini tələb edib.
Qeyd olunur ki, Ankarada keçiriləcək NATO zirvəsinə qatılacaq liderlərin həyat yoldaşları da rəsmi şəkildə dəvət olunublar.
Beqonya Qomes İspaniya tarixində pasportuna əl qoyulan ilk baş nazir xanımı kimi gündəmə gəlib. O, “nüfuzdan istifadə”, “biznes sahəsində korrupsiya”, “mənimsəmə” və “vəzifədən sui-istifadə” kimi ittihamlarla araşdırılır.
Hakim Xuan Karlos Peinadonun ölkədən qaçma ehtimalı ilə bağlı ehtiyat tədbiri qərarından sonra Qomes 24 iyunda pasportunu məhkəməyə təhvil verib.
Məlumata görə, Beqonya Qomes sonuncu dəfə iki ay əvvəl Baş nazir Pedro Sançesi Çinə səfəri zamanı müşayiət etmişdi.

