İspaniya millisinin 2026-cı il dünya çempionatında qələbəsi münasibətilə keçirilən təntənəli parad zamanı təxminən 2 milyon nəfər Madrid küçələrinə çıxıb.
Bu barədə Marca məlumat yayıb.
Nəşrin məlumatına görə, Sibeles meydanında milli komandanı 120 min azarkeş qarşılayıb.
Vətənə qayıtdıqdan sonra komanda üzvlərini Sarsuela sarayında İspaniya kralı VI Felipe və kraliça Letisiya qəbul ediblər.
Daha sonra futbolçular ölkənin Baş naziri Pedro Sançesin iqamətgahına yollanıblar.
Rəsmi tədbirlər başa çatdıqdan sonra İspaniya millisinin futbolçularını daşıyan avtobus Madridin mərkəzi küçələri ilə şəhər meriyası istiqamətində hərəkət edib.
İsti havaya baxmayaraq, marşrut boyunca azarkeşlər milli bayraqlar və yığmanın formaları ilə komandanı alqışlayıblar.
Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu 106-cı dəqiqədə Ferran Torres vurub.

