İsrailin Baş naziri Binyamin Netanyahu hərbi xidmətdən yayınan ultraortodoks Haredi yəhudilərinin həbsinin dondurulmasını nəzərdə tutan qanun layihəsinə səs vermək üçün gəldiyi parlamentdə etirazla qarşılanıb.
Haaretz qəzetinin məlumatına görə, Netanyahu plenar iclas zalına daxil olarkən müxalifət deputatları ona “Utan” şüarları səsləndiriblər. Etirazlardan sonra Baş nazir səsverməyə qatılmadan parlamenti tərk edib.
Buna baxmayaraq, mübahisəli qanun layihəsi İsrail parlamentində ikinci və üçüncü oxunuşlarda qəbul olunub. Yedioth Ahronoth qəzetinin məlumatına görə, layihə 54 “əleyhinə” səsə qarşı 58 “lehinə” səslə təsdiqlənib.
Qanun layihəsi hərbi xidmət öhdəliyi olan Yeşiva tələbələrinin həbsini, onlar barəsində istintaq aparılmasını və sanksiyaların tətbiqini 30 noyabra qədər dayandırmağı nəzərdə tutur.
İsrail Baş Prokurorluğu və Baş Qərargah rəisi Eyal Zamir layihəyə etiraz etsə də, sənəd qəbul olunub.

