“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti maraqlı aksiya keçirilib.
"Den.az" xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəliyyət göstərən Əliağa Vahid adına Masazır kənd 1 nömrəli tam orta məktəbdə keçirilən "Yaşıl dünya naminə həmrəy olaq- 101 nəfəs" adlı layihə zamanı şagirdlər məktəbin həyətyanı sahəsindən kağız tullantılarını toplayıblar.
Layihə çərçivəsində təhsil müəssisəsində təhsil alan şagirdlər arasında ekoloji məsuliyyət hissinin tərbiyə etdirilməsi, ətraf mühitin və təbii sərvətlərimizin mühafizəsi mövzusunda maarifləndirmə işi aparılıb.
Məktəbin direktoru Etibar Orucov sözügedən layihə haqqında qeyd edərək vurğulayıb ki, layihənin məqsədi tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirməni gücləndirmək, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verməkdir.
Şahnaz Əliyeva
Den.az
"Yaşıl dünya naminə həmrəy olaq- 101 nəfəs": ŞAGİRDLƏRDƏN MARAQLI AKSİYA-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.