12 
mar
2024
21:44
2 726

Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəy olaq" adlı tədbir keçirilib-FOTO/VİDEO

12 mar, 2024
21:44
2 726

Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəy olaq" adlı tədbir keçirilib-FOTO/VİDEO

Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində olan Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəy olaq"  adlı tədbir təşkil olunub. Tədbirdə Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova və məktəbin pedeqiji kollektivi iştirak edib.

İştirakçılar əvvəlcə məktəbin foesində şagirdlərin əl işlərindən ibarətə sərgi ilə yaxından tanış oldular. Qeyd edək ki, Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Keçirlən tədbirdə şagirdlərinin "Yaşıl dünya naminə həmrəy olaq" mövzusunda hazırladıqları layihələr dinlənilib, layihələrin il ərzində məktəblərdə keçirilməsinə dair müvafiq tövsiyələr verilib. Eləcədə ölkəmizdə ətraf mühitin qorunması istiqamətində görülən işlərdən danışılıb. Vurğulanıb ki, Naxçıvan, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Tədbirdə şagirdlərin hazırladıqları qısametrajı film nümayiş olunub. Səhnəciklər və musiqi nömrələri təqdim edilib.

Daha sonra Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, sözü gedən təhsil müəssisəsinin rəhbəri , əməkdar müəllim Təyyibə Hüseynova və digərləri çıxış edərək bildirdilər ki, 44 gün davam edən ikinci Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı rəşadətli Ordumuz azad etdi. Zəfərimizlə Vətənimizin ərazi bütövlüyü bərpa olundu. 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda xain düşmən əsl vandallıq aktları törədib. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilib. 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunub. Milliliyn inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir. “Ekologiya ili” çərçivəsində və sonrakı illərdə ölkəmizdə milyonlarla ağac əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu kompaniyalarda iştirakı ətraf mühitin qorunmasına  xüsusi diqqətin göstəricisidir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın  rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların  tərkib hissəsindən biridir. məhz buna görədə məktəblərdə maarifləndirici tədbirlərin təşkili və keçirilməsi proritet məsələlərdən hesab olunur.

Daha sonra şagirdlər və müəllimlərə tədbir iştirakçıları tərəfindən fəxri fərmanlar təqdim edilib. Qeyd edək ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan verib.


Nizami Rəsulov
Denaz.Tv

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar