24 
apr
2024
15:34
997

Şagirdlər məktəbin həyətyanı sahəsində müxtəlif ağac və güllər əkiblər-FOTOLAR

24 apr, 2024
15:34
997

Şagirdlər məktəbin həyətyanı sahəsində müxtəlif ağac və güllər əkiblər-FOTOLAR

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparılır.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Elə buna görə də respublikamızın hər bir guşəsində bu məqsədlə müxtəlif aksiyalar həyata keçirilir.

"Den.az" xəbər verir ki, növbəti belə aksiya Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Əliağa Vahid adına Masazır kənd 1 nömrəli tam orta məktəbdə təşkil edilib.

Məktəbin təşkilatçısı Könül Həsənovanın rəhbərliyi ilə həyata keçirilən "Dünyamızı yaşıllaşdıraq" adlı aksiya zamanı şagirdlər tərəfindən məktəbin həyətyanı sahəsində müxtəlif ağac və güllər əkilib, ərazidə təmizlik-abadlıq işləri aparılıb, ərazi alaq otlarından, daşlardan təmizlənib, yeni əkilən ağaclar suvarılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Məktəbin direktoru Etibar Orucov bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdən ibarətdir.


Şahnaz  Əliyeva 
Den.az














Bizimlə əlaqə saxlayın

Çox oxunanlar