Bu gün təhsil sahəsində rəqabət yüksək olduğundan demək olar ki, respublikanın orta ümumtəhsil məktəbləri bir-biri ilə bilik yarışı aparır. Ancaq heç də bütün təhsil ocaqları bu ağır rəqabətdən üzüağ çıxa bilmir. Böyük fəxr hissi ilə qeyd etmək lazımdır ki, Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri öz nəticələrinə görə, respublikanın digər orta məktəbləri ilə rəqabətə nəinki tab gətirir, hətta onları qabaqlamağı da bacarır.
Belə təhsil ocaqlarından biri də Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdir. Sözügedən məktəbin 3 sinfi 100 faizlik nəticə verib və şagirdlərin hamısı nüfuzlu universitetləri qazanıb.
Direktor Arifə Balakişiyeva məlumat verərək bildirib ki, məktəb 1965-ci ildən fəaliyyət gostərir. Təhsil ocağında 300 pedaqoji heyət 5360 şagirdin təlim-tərbiyəsi və təhsili ilə məşğul olur.
Təbii ki, dövlətin güclü olması onun təhsilli vətəndaşlarının sayının çoxluğu ilə ölçülür . Bu baxımdan Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər xüsusilə fərqlənir. Həmin məktəblərin pedaqoji kollektivləri cəmiyyətə layiqli və təhsilli vətəndaşlar hazırlamaq üçün yorulmadan çalışırlar. Elə bunun nəticəsidir ki, Abşeron məktəblərində ali məktəblərə qəbul nəticələri hər zaman yüksək olur.
Xırdalanda bu məktəbin 3 sinfinin bütün məzunları tələbə adını qazanıb-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.