“Tələbə yataqxanalarını demək olar ki, təxminən 90-cı illərin sonlarından doğru, yəni 1998-1999-cu illərdən bəri daha çox müşahidə edirik. Bunun təbii ki, yaranma səbəbinin birbaşa günahkarı və yaxud baiskarı Ermənistanın Azərbaycana qarşı təcavüz planından, təcavüzü həyata keçirmək siyasətindən irəli gəlir. Hansı ki, biz Qarabağ və Şərqi Zəngəzur bölgəsindən, o cümlədən qədimə getsək Qərbi Zəngəzur bölgəsindən əhalini didərgin salınmaları, bizim məcburi-köçkünlərin olmaları və nəticə etibarı ilə onların paytaxta olan ali təhsil müəssisəslərinin yataqxanasında yerləşdirilməsini görürük. Biz bu gün baxsaq, əksər yataqxanalarımızda məhz məcburi köçkünlərin məskunlaşdığını görərik. Tədricən torpaqlarımız işğaldan azad olunandan sonra, artıq ərazilərdə yeni binalar tikilir, yeni infastruktur yaradılır. Nəticə etibarı ilə artıq məcburi-köçkünlər öz dədə-baba torpaqlarına geri dönürlər və biz bunu belə planlaşdırırıq ki, 5-10 il sonra artıq tələbə yataqxanaları demək olar ki, tələbələrinin özünün istifadəsinə veriləcək”
Den.az xəbər verir ki, bunu açıqlamasında Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. O daha sonra əlavə edib:
“Təbii ki biz bununla kifayətlənməli deyilik, paralelində digər işlər görülməlidir. Dövlət tərəfindən bilirsiz ki, sosial-iqtisadi proqramlar nəzərdə tutulur. Bu da tələbə yataqxanaları, o cümlədən paytaxdan kənara bəzi təhsil müəssisələrinin köçürülməsi, konkret tələbə şəhərciyinin yaradılmasıdır. Və əlbəttə ki, tələbə şəhərciyi yaradılarsa mütləq hər bir universitetin özünün yataqxanası olmalıdır və yaxud da müvafiq bir məntəqədə bir neçə universitetin özünün yataqxanaları olmalıdır. Bu zaman biz təhsil alanları yataqxana ilə təmin etmək imkanını onlar üçün yarada bilərik. Bəzi universitetlər özləri də bu işdə maraqlı olmalıdır. Bilirsiz ki, bizdə təkcə ölkəmizin vətəndaşları deyil, başqa ölkədən təhsil alan tələbələr də var. Əfsuslar olsun ki, bəzi hallarda görürük ki, məhz yataqxana problemlərinə görə onlar gəlib təhsil almaqda maraqlı deyillər. Və yaxud mövud yataqxanalar var ki, onlarda qiymət çoxdur. İstər Azərbaycan vətəndaşları, istər də əcnəbi vətəndaşların həmin ödənişi qarşılamaq imkanı yoxdur. Düşünürəm ki, həm Elm və Təhsil Nazirliyi, həm də ali təhsil müəəsisələri konkret tələbələr üçün onların ödəyə biləcəyi səviyyədə hansısa bir məbləğ müəyyənləşdirilməlidir və bu istiqamətdə tələbələr ödənişi ödəyib yataqxanalarla təmin olunmalıdırlar. Bir də düşünürəm ki, burada sahibkarlara da imkan yaradılmalıdır. Məsələn, elə sahibkarlar var ki, onlar tələbə yataqxanası yaratmaq istəyirlər, amma müəyyən bəzi təşkilatlar tərəfindən bürokratik əngəllər, maneələr yaradılır və onlar yataqxanaları tikib istifadəyə verə bilmirlər. Burda da düşünürəm sahibkarlara həm Em və Təhsil Nazirliyi, həm də dövlət tərəfindən müəyyən dəstək göstərilməlidir. Əlbəttə ki, faktiki olaraq baxsaq daha çox tələbələrin təhsil aldığı şəhər məhz Bakıdır. Respublikanın müxtəlif bölgələrində ali təhsil müəssisələri var. Amma daha çox tələbə kütləsi Bakıda formalaşdığı üçün konkret olaraq tələbələr üçün yataqxana şəraitinin yaradılması labüddür. Bu yaxınlarda dövlət başçısı tərəfindən ümumi planla bağlı keçirilən tədbirdə diqqətə çatdırıldı ki, bəzi təhsil müəssisələri paytaxtdan kənara çıxarılsın. Düşünürəm ki, yaxın 5-10 il ərzində universitetlər paytaxtdan kənara çıxarılarsa, yataqxanalar da orada tikilib təhvil veriləcək” deyə ekspert bildirib.