Romada dağılmış qüllənin dağıntıları altından çıxarılan rumıniyalı fəhlə xəstəxanada həyatını itirib.
DenMedia.az xəbər verir ki, bu barədə ANSA agentliyi səhiyyə mənbələrinə istinadla məlumat yayıb.
66 yaşlı Oktay Stroyçinin vəziyyətinin ağır olduğu bildirilir. Onun xilasetmə əməliyyatı təxminən 11 saat davam edib və prosesə 140 yanğınsöndürən cəlb olunub.
Məlumata görə, kişinin ürəyi təcili yardım maşınında dayanıb, lakin həkimlər onu həyata qaytararaq vəziyyətini sabitləşdiriblər. Buna baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Hadisə Romanın tarixi mərkəzindəki Largo Corrado Ricci meydanında, Torre dei Conti adlı qədim qüllədə aparılan bərpa işləri zamanı baş verib.
İtaliya mediasının yazdığına görə, əvvəlcə qüllənin damından suvağın bir hissəsi qopub, sonra isə güclü səs və toz buludunun müşayiəti ilə daha böyük uçqun baş verib. Nəticədə bir fəhlə yaralanıb, dörd nəfər xilas edilib, lakin Stroyçi qüllə içərisində sıxışıb qalıb.

        
        
                
                
                
                
                
                
                