İsrail Qəzzaya humanitar yardımın daxil olmasına dair öhdəliklərini yerinə yetirmir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib, — TASS xəbər yayıb.
Nazirin sözlərinə görə, İsrail həmçinin atəşkəs rejimini pozmağı dayandırmalıdır.
“O, humanitar yardımın çatdırılmasını təmin etmək üzrə öhdəliklərini də yerinə yetirmir. Təxminən 600 yük maşınının yardım, 50 yanacaq sisterninin daxil olmasını təmin etmək lazımdır. Amma açığı, biz bu qədər yardımın həqiqətən Qəzzaya daxil olduğunu görmürük,” — deyə Fidan vurğulayıb.
Fidan əmindir ki, beynəlxalq ictimaiyyət İsrail üzərində təzyiqi davam etdirməlidir.
Bundan az əvvəl məlum olub ki, İsrail ordusu Qəzza zolağında atəş açıb. İsrail Müdafiə Qüvvələrinin (TsAXAL) mətbuat xidməti bildirib ki, hərbçilər “terrorçu qrup”un sarı xətti keçərək İsrail əsgərlərinə doğru irəlilədiyini müəyyən ediblər. Onların birbaşa təhdid yaratdığı qeyd olunub. Nəticədə radikallara hava və quru zərbələri endirilib.

