İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri məktəbdəki şəraitin bərbad olması barədə müraciət ediblər.
DenMedia.az-a müraciət edən vətəndaşların sözlərinə görə, sinif otaqlarında pəncərələr yoxdur və bu, xüsusilə qış aylarında dərs prosesini çətinləşdirir.
Valideynlər məktəbin illərdir təmir olunacağı vəd edilsə də, heç bir tədbirin görülmədiyini deyirlər.
Qeyd edək ki, məktəb Milli Qəhrəman İmanverdi Əliyevin adını daşıyır.

