24 
fev
2024
17:11
369

Xocalı soyqırımına həsr olunan tədbirdə iştirakçılar hönkür-hönkür ağladı-VİDEO

24 fev, 2024
17:11
369

Xocalı soyqırımına həsr olunan tədbirdə iştirakçılar hönkür-hönkür ağladı-VİDEO

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Abşeron -Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin 7 Ç sinif şagirdləri həmin o gecə dinc əhaliyə qarşı törədilən hadisəyə nəzər saldılar. Qanlı faciəmizi unutmadılar, unutdurmadılar.

Keçirlən tədbirdə məktəbin pedeqoji kollektivi ilə yanaşı, təhsil müəssisəsinin müəllim kollektivdə olan şəhid və qazi ailələri də iştirak edib.
Müəllim Arzu Fərhadovanın təşkilatçılığı ilə keçirilən tədbirdə, sözü gedən tam orta məktəbin direktoru Afət Camalova çıxış edərək bildirdi ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi, soyqırım kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Daha sonra məktəbin direktor müavinləri Sevinc Yaqubova  və Tərbiyyə Quliyeva, 44 günlük vətən müharibəsi şəhidi Nurlan Ağakişiyevin anası Pərvanə Ağakişiyeva, şəhid həyat yoldaşı Bəsti Musayeva, Birinci Qarabağ müharibəsi əlilləri, Müşfiq Quliyev, Elnar Həsənov eləcədə Vətən müharibəsində xüsusi xidmətləri ilə seçilən sözü gedən təhsil müəssisəsinin müəllimi Asif Quliyev çıxış etdilər. Çıxışlar zamanı duyğulu anlar yaşanıb.

Məktəbin şagirdlərinin hazırladıqları "Xocalı soyqırımı - qan yaddaşımız!" adlı kompazisiya təqdim olunub. Şagirdlər həm Azərbaycan həm də İngilis dilində Xocalı faciəsində yaşananları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.



Nizami Rəsulov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar