Rusiya -Ukrayna müharibəsi artıq Qara dənizdə təhlükəsizlik üçün ciddi təhdidə çevrilib.
DenMedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ticarət gəmilərinin hücuma məruz qalması gərginliyin pik həddə çatdığını göstərir. Naviqasiyaya, insan həyatına və ekoloji təhlükəsizliyə təhdid yaradan bu hücumları qətiyyən qəbul edə bilmərik. Bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Müharibənin bitməsi yönündə son həftələrdə baş verən prosesləri diqqətlə izləyir və hər mərhələdə bu prosesə töhfə verməyə hazır olduğumuzu vurğulayırıq”, – Ərdoğan bildirib.

