Məşhur Hollivud aktrisası Natali Portman 45 yaşında üçüncü dəfə ana olmasının sevincini izləyiciləri ilə bölüşüb.
Avqust ayında dünyaya gələn körpəsi haqqında ilk dəfə danışan aktrisa “Bu sehrli balaca insan məni heyranlıq və sevinclə doldurur” deyə bildirib.
“Harper's Bazaar” jurnalına müsahibəsində Portman yeni körpəsinin böyük övladlarına münasibətini də dəyişdirdiyini söyləyib. O, uşaqlarının nə qədər sürətlə böyüdüklərini və özünəməxsus şəxsiyyətə çevrildiklərini indi daha dərindən hiss etdiyini vurğulayıb.

Yeni doğulan körpə aktrisanın fransalı musiqiçi Tanqi Destabl ilə ilk övladıdır. Portmanın əvvəlki evliliyindən daha iki uşağı var.
Aktrisa hamiləlik dövrünü keçirdiyi Parisdə özünü daha rahat hiss etdiyini də açıqlayıb. Onun sözlərinə görə, Nyu-York və Los-Ancelesdə hamilə olarkən daim diqqət mərkəzində qalsa da, Parisdə şəxsi həyatını daha çox qoruya bilib.

