Azərbaycandan tranzit keçməklə külli miqdarda narkotik vasitənin daşınması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Rusiyaya kahı aparan yük avtomobilini “Cənub-Astara” gömrük postunda yoxlayıblar.
Nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və xidməti itin köməyi ilə baxış keçirilib.
Yoxlama zamanı xidməti it avtomobilin qoşqusundakı altlıqlardan birinə reaksiya verib.
Altlığa baxış zamanı kahı yarpaqlarının altında gizlədilmiş 90 bağlamada ümumilikdə 97 kiloqram 685 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

