Bakının bəzi rayonlarında və Abşeronda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, aparılacaq təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik təchizatı məhdudlaşdırılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov və Vasif Əliyev küçələrində, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bəzi hissələrində elektrik enerjisi olmayacaq.
Xətai rayonunda saat 10:00-dan 14:00-dək Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrində fasilələr gözlənilir.
Abşeron rayonunda isə saat 10:00-dan 16:00-dək Çaylı, Cəngi və Təzəkənd kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

