Azərbaycanda yeni İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) seçilməsi məsələsinə baxılacaq.
Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasının gündəliyinə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələ daxil edilib.
İclasda Ombudsman vəzifəsinə seçilmə ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulur.

