Polşada keçirilən sürətli şahmat çempionatında maraqlı hadisə yaşanıb. Qrossmeyster Bartoş Soçko son turda həyat yoldaşı Monika Soçkoya məğlub olaraq qızıl medal şansını itirib.
Mazoviya çempionatında baş verən hadisə barədə qrossmeyster Rəşid Ziyatdinov sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, Monika Soçko həyat yoldaşını ədalətli mübarizədə məğlub edərək bürünc medal qazanmaq üçün lazım olan xalları toplayıb.
Bartoş Soçko isə birinciliyi əldən verərək gümüş medalla kifayətlənib. Turnirin qalibi FIDE ustası Mixal Bartel olub.
Hadisəni şahmatda ədalətli oyunun nümunəsi adlandıran Ziyatdinov bunu zarafatla belə şərh edib:
“Ailə həyatı belədir: yaxşı həyat yoldaşın varsa, uduzanda da qazanırsan”.

