ABŞ və İran arasında gərginliyin azaldılması üçün yeni diplomatik təşəbbüs irəli sürülüb.
“Al Hadath” telekanalının məlumatına görə, vasitəçilər iki ölkənin nümayəndələrinin noyabrın 4-dək Türkiyədə görüşməsini təklif ediblər.
Hazırda mümkün görüşün təşkili ilə bağlı Tehranla məsləhətləşmələr aparıldığı bildirilir.
Təklifin əsas şərtləri arasında Hörmüz boğazının açılması və ABŞ-ın tətbiq etdiyi blokadanın aradan qaldırılması yer alır.
Danışıqlarda İranın nüvə proqramının da müzakirəsi nəzərdə tutulur. Yeni plan çərçivəsində beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə buraxılması şərtlərdən biri kimi nəzərdən keçirilir.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı intensiv hərbi əməliyyatlara başlama ehtimalı barədə Fars körfəzi ölkələrini xəbərdar etdiyi bildirilmişdi.

