“Warner Bros.” şirkəti məşhur “Dune” (“Düna”) fantastik film seriyasının üçüncü hissəsinin final treylerini yayımlayıb.
Rejissor Deni Vilnövün Frenk Herbertin əsərləri əsasında çəkdiyi trilogiya “Dune: Part Three” filmi ilə başa çatacaq.
Hadisələr ikinci filmdən təxminən 20 il sonra cərəyan edir. İmperator taxtına yüksələn Pol Atreydes verdiyi qərarların ağır nəticələri ilə üzləşir. Onun Çani ilə münasibətləri də ciddi sınaq qarşısında qalır.
Filmdə Timoti Şalame, Zendaya, Rebekka Ferqyuson, Florens Pyu, Xavyer Bardem, Ceyson Momoa və Anya Teylor-Coy yenidən tamaşaçı qarşısına çıxacaqlar.
Frenk Herbertin “Düna messiyası” romanına əsaslanan ekran əsərinin dünya üzrə nümayişinə dekabrın 16-dan, ABŞ kinoteatrlarında isə dekabrın 18-dən başlanılması planlaşdırılır.

