İspaniyada iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayının 50-yə çatdığı bildirilir.
“Antena 3” telekanalı öz mənbəsinə istinadən xəbər verir ki, ağır dəmir yolu qəzasında 179-dan çox insan müxtəlif dərəcəli xəsarət alıb.
İlkin məlumatlarda hadisə nəticəsində azı 46 nəfərin həyatını itirdiyi açıqlanmışdı. Lakin sonradan ölənlərin sayının artdığı bildirilib.
Telekanalın mənbəsi son məlumatlara əsasən, qəzada azı 50 nəfərin öldüyünü, 179-dan çox insanın isə yaralandığını qeyd edib.

