ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ideyasını irəli sürüb.
Tramp bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiqabağı mitinqdə danışıb.
“Kim bilir, bəlkə də Venesuela yaxın gələcəkdə ABŞ-ın çiçəklənən 51-ci ştatına çevriləcək. Bu, mümkündür. Gəlin onu 51-ci ştat edək. Necə fikirdir? Xoşunuza gəlir? Mənim gəlir”, – deyə Tramp bildirib.
ABŞ lideri Venesuelada prezident əvəzinə qubernator seçkilərinin keçirilməsi fikrini də səsləndirib.
Tramp Vaşinqtonla Karakas arasında münasibətlərin xeyli yaxşılaşdığını vurğulayıb və Venesuelanın iqtisadi baxımdan inkişaf edəcəyinə əminliyini ifadə edib.
O, iki ölkə arasında əldə olunan böyük neft razılaşmasını da xatırladıb. Trampın iddiasına görə, ABŞ hazırda digər ölkələrin birlikdə malik olduğu həcmdən daha çox neftə nəzarət edir.
Prezident Venesueladan gətirilən neftin birbaşa Texasda emal olunacağını bildirib.

