Çində 35-ci mərtəbədən yıxılaraq sağ qalan 27 yaşlı bloqer təxminən ilyarımlıq fasilədən sonra sosial şəbəkələrə qayıdıb.
South China Morning Post qəzetinin məlumatına görə, “wananan” ləqəbi ilə tanınan gənc qadın 2025-ci ilin iyununda təsadüfən pəncərədən yıxılıb.
Hadisə nəticəsində onun bədənində çoxsaylı sınıqlar, kəllədaxili qanaxma, boyun fəqərələrində və daxili orqanlarında ciddi zədələr yaranıb.
14 saat davam edən əməliyyat zamanı bloqerin bir ayağının dizdən aşağı hissəsi amputasiya edilib. O, daha sonra 50 gün reanimasiya şöbəsində müalicə alıb.
Uzun müddətdən sonra izləyiciləri ilə yenidən əlaqə saxlayan gənc qadın sağalma prosesinin nə qədər çətin keçdiyini danışıb.
“Əzab məni məhv etməməli, əksinə, daha güclü etməlidir. Həyat zahiri parıltıdan ibarət deyil. Əsl cəsarət dağılan parçalarla üzləşib onları yenidən birləşdirməkdir”, – deyə bloqer bildirib.
Onu müalicə edən həkimin sözlərinə görə, qadının sağ qalmasında tibbi yardımın vaxtında göstərilməsi ilə yanaşı, təsadüf də mühüm rol oynayıb.
Belə ki, bloqer yerə düşməzdən əvvəl ağac və kolların üzərinə yıxılıb. Bu isə düşmə sürətini azaldaraq ölümcül nəticənin qarşısını almağa kömək edib.

