Britaniya şahzadəsi Harri kral III Çarlz və qardaşı şahzadə Uilyamla münasibətlərini bərpa etmək istədiyini açıqlayıb.
Sasseks hersoqu Britaniya mediasına müsahibəsində kral ailəsində illərdir davam edən fikir ayrılıqlarından danışıb.
Harri bildirib ki, ailədaxili münaqişələr yalnız kral ailəsinə xas deyil. Onun sözlərinə görə, bacı-qardaşlar arasında incikliklər, valideynlərlə övladların münasibətlərinin pozulması bir çox ailədə yaşanır.
Şahzadə yaxınları ilə barışmaq istəyinin səmimi olduğunu vurğulayaraq dünyada baş verən hadisələr fonunda münasibətləri düzəltməyin daha vacib olduğunu bildirib.
“Yaralar sağala bilər, amma izləri həmişə qalır”, – deyən Harri keçmişdə yaşananları geridə qoymağın və ailə münaqişələrini davam etdirməməyin vacibliyini qeyd edib.
Daha sonra Sasseks ailəsinin nümayəndəsi şahzadənin fikirlərinin ümumi xarakter daşıdığını, Uilyama və ya kral ailəsinin digər üzvlərinə qarşı yönəlmədiyini açıqlayıb.
Harri ailəsinin Böyük Britaniyaya köçməsindən sonra övladları – 7 yaşlı Arçi və 5 yaşlı Lilibetin artıq iki həftədir Britaniya məktəbində təhsil aldıqlarını və məktəb həyatından məmnun olduqlarını da bildirib.

