Hörmətli cənab Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev!
Mən, şəhid anası və Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Sizi Dədəmiz Qorqud əmanəti olan milli-mənəvi dəyərimiz Novruz Bayramı münasibətilə ürəkdən təbrik edirəm!
Sizin “Şanlı Zəfərimiz bizim qürur mənbəyimizdir” sözləriniz hər bir azərbaycanlının qəlbində böyük iftixar hissi oyadan həqiqətin ifadəsidir. Bu Zəfər – igid oğullarımızın şücaəti, şəhidlərimizin müqəddəs qanı, xalqımızın sarsılmaz birliyi və Sizin qətiyyətli rəhbərliyinizlə yazılmış şanlı tarixdir.
Artıq neçə ildir ki, Sizin Novruz bayramını Qarabağ torpaqlarında qeyd etməyiniz, bayram tonqallarını şəxsən alovlandırmağınız bizim üçün böyük qürur, qeyrət və məğrurluq rəmzidir. Bu, bərpa olunmuş ədalətin, yenidən dirçələn yurdların və azad nəfəs alan torpaqların ən bariz təcəssümüdür.
Bir şəhid anası olaraq, eyni zamanda ictimaiyyət nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, şəhid ailələri hər zaman dövlətimizin diqqət və qayğısını hiss edir. Bu diqqətin təməlində Sizin yüksək humanizminiz, xalqa və millətə olan sonsuz sevginiz dayanır.
Abşeron ictimaiyyəti adından Sizi əmin edirik ki, biz hər zaman dövlətimizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin yanındayıq.
Ulu Tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür və Azərbaycan naminə yeni-yeni qələbələr arzulayırıq!
Dərin hörmətlə,
Şəhid anası,
Abşeron Rayon İctimai Şurasının sədri
Xatirə İsmayılova

