Şəhid balalarının övladlarını başına yığıb, titrək əlləri ilə bayram tonqalı qalayan Şəhid ataları qarşısında baş əyirəm. Gəlinliyini qara libasla əvəzləyən, ismət örpəyinin bəyazlığını qoruyan Şəhid yarlarının bayramını təbrik edirəm. Bayram xonçasını Şəhidlər xiyabanına götürüb, bayram şamını ata qəbri üzərində yandıran Şəhid balalarımın balalarının bayramını təbrik edirəm.Şəhidlərin şahidi, qazi balalarımı, qardaşlarımı təbrik edirəm. Vətənin, millətin, dövlətin təəssübünü çəkməyi bacaran, hamımızın doğmasına, əzizinə çevrilən kəsləri bu əziz bayram münasibəti ilə təbrik edirəm.
"Den.az" xəbər verir ki, bu duyğusal ifadələri 44 günlük Vətən Müharibəsi zamanı Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Elçin Həsənlinin anası,Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova Novruz bayramı ilə bağlı təbrik mesajında vurğulayıb.
Onun sözlərinə görə, "Bu gün həm Vətənimizdə, həm də bütün Türk xalqlarının həyatında ən əlamətdar və müqəddəs gündür.Bu gün bayramlar bayramı - Novruz bayramıdır.
Mənşəyi ta qədimlərə gedib çıxan, Oğuz elinin "Kitabi-Dədə Qorqud" boylarından bizə boylanan, qədim adət-ənənələrimizi, maddi -mənəvi dəyərlərimizi, milli xüsusiyyətlərimizi özündə cəmləyən böyük bir tarixi və mədəniyyət hadisəsidir Novruz bayramı.
Soyumuzu və milli kimliyimizi təsdiq edən od-alov möhürlü şəxsi sənədimizdir Novruz bayramı.
Quruluşca mürəkkəb, məzmunca dərin, fəlsəfəsi geniş, anlamı dərin olan, xalqımızın əski milli mərasimlərinin məcmusudur Novruz bayramı.
Şəhid anası bütün Azərbaycan xalqını və Türk dünyasını həm öz adından həm də şəhid anaları adından təbrik edib.Xalqımıza ən xoş arzularını çatdırıb. Vətənimizə, millətimizə xeyirli, xoş, ruzili-bərəkətli, sevgi dolu günlər, başına yığışdığımız ocaqların daim od-alovlu olmasını, xalqımıza sülh və əminamanlıq arzulayıb.
Xatirə İsmayılova bildirib ki, ulu babalarımızdan miras qalan Vətən adlı məmləkəti, əmanəti canları-qanları bahasına qoruyaraq təhvil alıb, gələcək nəsillərə ötürməyə müvəffəq olan şəhid balalarımın ruhu qarşısında baş əyirəm.
Doğma Vətənim, Şəhidlərimin qanı ilə müqəddəsləşən Yurd yerim, bayramın mübarək!
Vətən təəssübünü çəkən qeyrətli oğlum-qızım, qardaşım-bacım bayramın mübarək!
Yuxuları çin olan Turan birliyim bayramın mübarək.
Arazın o tayından boylanan ürəyimin, ruhumun Vətənimin yarısı bayramın mübarək!
Şərəfli, qürurlu, müzəffər ordum bayramın mübarək!
Dövlətlər sırasında dik duruşu ilə seçilən dövlətim, dövlətimin başçısı, bayramın mübarək!
Allahdan Vətənə xoş günlər, xeyirli aqibət diləyirəm!-deyə şəhid anası fikrini tamamlayıb
Şahnaz Əliyeva
Den.az
Min bir əziyyətlə Vətənə oğul böyüdüb, Vətənin dar günündə Vətənə qurban verməyi bacaran şərəfli, mərd Şəhid anaları qarşısında baş əyirəm: ŞƏHİD ANASI-FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.